“Başda Azərbaycan olmaqla heç bir ölkəni tək qoymamışıq” – Ərdoğan

Hazırda oxunan: “Başda Azərbaycan olmaqla heç bir ölkəni tək qoymamışıq” – Ərdoğan

117329

“Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistanla da münasibətləri ən yaxşı şəkildə qoruyub saxlayır və əlaqələri gələcəkdə də davam etdirəcək.

Ərdoğanın sözlərinə görə, rəsmi Ankaranın türkdilli dövlətlərlə əlaqələri gündən-günə artır. Bu, mümkün olan ən yaxşı yoldur.

“Başda Azərbaycan olmaqla heç bir ölkəni heç bir zaman tək qoymamışıq, tək qoymayacağıq”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, Ankara təkcə türkdilli ölkələr deyil, cənubdakı Liviya ilə əlaqələrdə də dinclik üçün əlindən gələni edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin