Araz Ağalarov tez-tez qubernatora şikayət yazır...

Hazırda oxunan: Araz Ağalarov tez-tez qubernatora şikayət yazır...

117271
Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatının oyunlarının keçirilməsi üçün nəzərdə tutulan stadionlardan birinin inşasını həyata keçirən Araz Ağalarov tez-tez qubernatora şikayət yazır.
Bu haqda Kalininqrad vilayətinin qubernatoru Nikolay Tsukanov 2018-ci il dünya çempionatı üçün nəzərdə tutulan obyektlərin tikintisinə həsr edilmiş müşavirə zamanı deyib. Araz Ağalarovun “Crocus Group”x9d şirkəti stadionun tikintisi üzrə baş podratçıdır.

“Onlar mənə hər həftə şikayət yazırlar. Və bir qayda olaraq məktub bu cür frazalarla bitir ki, “əgər bu və ya digər problem həll edilməsə stadion vaxtında tikilib başa çatdırılmayacaq”x9d. Deyirlər ki, əgər filan məsələ həll edilməsə tikintini çatdıra bilməyəcəyik. Gah qumla  bağlı, gah elektrik enerjisi ilə bağlı şikayətlənirlər”x9d-qubernator deyib.

Tsukanov bildirib ki, elə bu gün Araz Ağalarovdan məktub alıb. “Müşavirədən az əvvəl ondan o qədər də korrekt olmayan, hansısa iradlarla dolu məktub almışam. Bütün işgüzar məqamları bu rsmi “peyntbol”x9dsuz da həll etmək olar. İdman Nazirliyi ilə, “Sport-İnjinirnq”x9dlə dil tapmışıq. “Crocus”x9dla isə hələ yox”x9d-Nikolay Tsukanov bildirib.

Qubernatrun dediyinə görə Ağalarov son məktubunda obyektin tikintisi üçün elektrik enerjisinin kifayət etmədiyini bildirir. “Yazır ki, elektrik gücü kifayət etmir. Və bu üzdən dizel generatorlarından istifadə etməli olur. Axı başa düşün, əgər “Crocus”x9d sənədləşməni təmin etməyibsə o zaman heç kim onları elektriklə təmin edə bilməz”x9d-Tsukanov azərbaycanlı oliqarxın qarasınca danışaraq deyib. Qubernator bildirib ki, bu gün “Crocus”x9d şirkətinin nümayəndələri ilə görüşüb məsələni müzakirə edəcək.

Kalininqraddakı stadiosunun tikintisinin smeta dəyər 17.3 milyard rubldur. Bu stadionun tikintisi üçün ayrılmış ərazi bataqlıqdan ibarət olub və gözlənilir ki, ayrılan vəsait tikintini başa çatdırmağa bəs etməyə bilər. Lakin Ağalarovun şirkəti stadionun tikintisinə əlavə vəsaitin ayrılmasına nail ola bilməyib.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin