Malayziya Tehrandakı səfirliyimizə silahlı hücumu pislədi

Hazırda oxunan: Malayziya Tehrandakı səfirliyimizə silahlı hücumu pislədi

117238

Malayziya Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu kəskin şəkildə pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Malayziyanın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

"Malayziya zorakılığın və terror aktlarının bütün formalarını rədd etməkdə öz qəti mövqeyini bir daha təsdiqləyir və bu mənfur hücumun günahkarlarının tezliklə məsuliyyətə cəlb edilməsinə çağırır.

Malayziya bu hadisə nəticəsində həlak olan şəxsin ailəsinə, eləcə də Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.

Malayziyanın Tehrandakı səfirliyi hadisələri yaxından izləyir və ən son təhlükəsizlik yeniləməsi üçün yerli hakimiyyət orqanları ilə fəal əlaqə saxlayır", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hazırda hadisənin istintaqı aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin