“2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq” – ABŞ generalı 

Hazırda oxunan: “2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq” – ABŞ generalı 

117221

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan xidməti qeydində Birləşmiş Ştatların 2025-ci ildə Çinlə müharibəyə başlayacağını yazıb və tabeliyində olanları müharibəyə hazırlaşmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı NBC telekanalı yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Nəqliyyat Komandanlığının nümayəndələrindən biri xidməti qeydin gerçəkliyini təsdiqləyib.
Belə ki, generalın fikrincə, Çinin hakimiyyət orqanları Tayvana nəzarət etmək üçün 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edə bilər.

Qeydə əsasən Pekin adanı öz ərazisi hesab etsə də, Tayvanı 1949-cu ildən müstəqil siyasət aparır. 2022-ci ilin avqustunda Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfərindən sonra regionda vəziyyət gərginləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin