İran prezidenti metro ilə işə getdi...

Hazırda oxunan: İran prezidenti metro ilə işə getdi...

117192
İran Prezidenti Həsən Ruhani bu gün işə metro ilə gedib. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.
 
İranda “Təmiz hava günü”x9d qeyd olunur və bu münasibətlə Prezident simvolik olaraq ictimai nəqliyyat vasitəsi kimi metrodan istifadə edib.
 
H.Ruhani Tehran metrosunun "Azadi" stansiyasından "İmam Əli" stansiyasına kimi qatarla gedib və metrodakı vətəndaşlarla səmimi görüşüb, onların problemlərini dinləyib.
 
Prezidenti İranın Ekologiya və Ətraf Mühit Təşkilatının sədri xanım Məsumə İbtikar da müşaiyət edib.
 
Qeyd edək ki, “Təmiz hava günü”x9d günü münasibətilə İranın digər rəsmiləri də ictimai nəqliyyatdan istifadə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin