Yer üçün “sürü” halında gələn ASTEROİD TƏHLÜKƏSİ varmı?- AÇIQLAMA 

Hazırda oxunan: Yer üçün “sürü” halında gələn ASTEROİD TƏHLÜKƏSİ varmı?- AÇIQLAMA 

117152

Avstraliyalı elm adamları, əsasən parçalanmış quruluşa malik asteroidlərin Yerə doğru gəldiyi halda qarşısının alınmasının mümkün olmayacağı iddiasını irəli sürüb.

Belə ki, yeni araşdırmanın tapıntıları NASA-nın inkişaf etdirdiyi planetar müdafiə strategiyalarını yenidən nəzərdən keçirməli olduğu mənasına gələ bilər. 

Bu araşdırma nə qədər həqiqətə uyğundur və Yer üçün doğrudan da asteroid təhlükəsi varmı?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov cavablandırıb.

O bildirib ki, asteroid təhlükəsi həmişə astronomların, xüsusilə NASA-nın diqqət mərkəzində olub: 

“Artıq bunun üzərində neçə illərdir ki, işlənilir. Əgər həqiqətən hər hansı bir asteroid Yer üçün təhlükə törədərsə xüsusi kosmik aracları asteroidlə toqquşduraraq onların istiqamətlərini dəyişdirmək mümkündür. Nasa keçən il belə bir proqramı “Didymos” asteroidi üzərində həyata keçirmişdi. Baxmayaraq ki, bu asteroid planetimiz üçün təhlükə törətmirdi.  Yəni, əvvəlcədən hesablamalar göstərsə ki, "Monolit" yəni bütöv asteroid həqiqətən planetimiz üçün təhlükə törədərir, onun qarşısını almaq mümkündür. Yox, əgər asteroid parçalanmış, yəni çoxlu sayda parçalardan ibarətdirsə ("sürü" halındadırsa) qarşısını almaq əlbəttə ki, mümkün olmaz”. 

Xıdır Mikayılov çoxlu sayda asteroid parçalarının Yerə yaxınlaşma ehtimalının olmadığını deyib: 

“Çoxlu sayda asteroid parçalarının eyni zamanda Yerə yaxınlaşma ehtimalı demək olar ki, sıfırdır. Çünkü asteroid parçalandıqda artıq onun hissələri trayektoriyalarını dəyişmiş olurlar”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin