ABŞ İrandakı səfirliyimizə hücumla bağlı Azərbaycana BAŞSAĞLIĞI VERDİ 

Hazırda oxunan: ABŞ İrandakı səfirliyimizə hücumla bağlı Azərbaycana BAŞSAĞLIĞI VERDİ 

116958

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomatik korpusun feysbuk səhifəsində məlumat paylaşılıb.

"Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfilrlikdə baş verən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük. Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik", - paylaşımda deyilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin