Özbəkistan höküməti latın əlifbasına keçid etməklə bağlı qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, qərar 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək.
Qərara əsasən, ölkədəki bütün qurum və müəssisələrin fəaliyyətləri ilə rəsmi yazışmaları latın qrafikalı əlifba ilə aparılacaq.
MÖVZU İLƏ BAĞLI:
Özbəkistan silkələndi
Ölkədəki bütün mətbuat orqanları, elektron media, xəbər saytları, mətbəə və yayım orqanları da bu əlifbadan istifadə edəcək.
Sözügedən tarixdən etibarən şəxsiyyət vəsiqələri, xarici vətəndaşların yaşayış icazəsi və sənədləri, blanklar da bu əlifba ilə işlənəcək.
Ümumilikdə, ölkədəki bütün yazılar latın qrafikası ilə olacaq.
Bizim.Media