ÜST koronavirus pandemiyası ilə bağlı QƏRAR VERƏCƏK

Hazırda oxunan: ÜST koronavirus pandemiyası ilə bağlı QƏRAR VERƏCƏK

116831

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün yanvarın 27-də toplanacaq.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, bu, təşkilatın COVID-19-la bağlı Fövqəladə Komitəsinin 14-cü iclası olacaq.

Bildirilib ki, indiyədək dünyada 664 milyondan çox koronavirusa yoluxma halı və 6,7 milyondan çox isə ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, COVID-19-a ilk dəfə 2019-cu ildə Çində rast gəlinib. Xəstəlik sürətlə dünya ölkələrinə yayılıb və 2020-ci ildə pandemiya elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin