İranda 8 məhbus edam edildi

Hazırda oxunan: İranda 8 məhbus edam edildi

116716

Yanvarın 24-ü çərşənbə axşamı Kərəc və Həmədan şəhərlərinin mərkəzi zindanlarında qəsdən adam öldürmə və narkotik maddələrin satışında ittiham olunan ən azı 8 məhbusun edam hökmü icra olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Ancaq 8 məhbusun edam xəbəri hələlik İran mediası və ya rəsmi mənbələri tərəfindən açıqlanmayıb.
Qeyd edək ki, son həftələrdə ölkədə cinayətlərin azaldılması təlimatına uyğun olaraq ölüm hökmlərinin icrası daha sürətlə həyata keçirilir.

İran hökumətinin şəffaf olmadığı üçün edamların faktiki sayını öyrənmək çətindir və bu rəqəm, şübhəsiz ki, insan haqları təşkilatlarının açıqladığı rəqəmlərdən qat-qat çoxdur.

Ölüm hökmlərinin verilməsi və icrası insan hüquqlarına dair beynəlxalq sənədləri, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarını pozur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin