Rusiya Xerson limanına zərbə endirdi – 2 türk gəmisi zədələndi -  VİDEO

Hazırda oxunan: Rusiya Xerson limanına zərbə endirdi – 2 türk gəmisi zədələndi -  VİDEO

116702

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Xerson limanında iki türk gəmisi qəlpələrlə zədələnib.

Bizim.Media “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Türkiyə şirkətinin nümayəndəsi Huseyn Çebi yayıb.

Onun sözlərinə görə, limanda yerləşən “Tuzla” gəmisində yanğın baş verib.

İkinci gəmi “Ferahnaz” hərbi əməliyyatların başlanması səbəbindən təxminən bir il limanda olub.

“Limandakı gəmilər yan-yana dayanır. Bəziləri sahildə, bəziləri yakor sahəsindədir. Sahildə dayanan “Tuzla” zərər görüb.  Ekipajda yalnız kapitan olub. Onun həyatı üçün təhlükə yoxdur”, - Türkiyə şirkətinin nümayəndəsi bildirib.
 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin