"Binə" ticarət mərkəzində mağaza sahibləri aksiya keçirdi- FOTO

Hazırda oxunan: "Binə" ticarət mərkəzində mağaza sahibləri aksiya keçirdi- FOTO

116667
Bakının ən böyük ticarət mərkəzlərindən biri olan "Binə"də hazırda aksiya keçirilib. Aksiyada ticarət mərkəzində işləyən tacirlər iştirak edib. 

Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları bağlayaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır. 

Mağaza sahiblərinin Moderator.az -a verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq: "Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib.  O pulu necə ödəyək axı? Alver heç kimdə yoxdur, problem də hamımızın problemidir. Belə getsə, hamımızı dükanları bağlayıb, gedəcəyik". 

"Binə" ticarət mərkəzində hazırda tacirlərin aksiyası başa çatıb. Onlardan bəziləri dükanlarını yenidən açıb, fəaliyyətə başlasalar da, böyük hissəsi işləmək istəmədiklərini bildirərək, evlərinə gedib. 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin