Günəşin aktivliyi GÜCLƏNİR – “Temperatur 1° də artarsa, dünyada fəlakətlər yaşanacaq”

Hazırda oxunan: Günəşin aktivliyi GÜCLƏNİR – “Temperatur 1° də artarsa, dünyada fəlakətlər yaşanacaq”

116639

Böyük Britaniya Meteorologiya İdarəsi 2023-cü ilin ötən ildən daha isti olacağını proqnozlaşdırıb. 

Meteoroloqlar belə bir fikir irəli sürür ki, La Nina (La Nina Sakit okean üzərində hərəkət edən hava axınına verilən addır) dövrünün sona çatması ilə temperaturun artması baş verəcək. 

Qeyd: La Nina ekvator bölgəsində dəniz səthinin orta temperaturundan aşağı, El Nino isə dəniz suyunun orta səviyyədən yuxarı temperaturu deməkdir. La Nina Sakit Okeanın ekvator zolağında okean temperaturunun dəyişməsi nəticəsində bir neçə ildən bir baş verən mürəkkəb hava modelidir.

Temperaturun yüksəlməsi, baş verən dəyişklik Azərbaycanda öz təsirini göstərəcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev cavablandırıb. 

O, qeyd olunan cəryanlarla iqlimin dəyişməsini əlaqələndirmədiyini deyib:

“Sakit okeanda baş verən hadisələrin Azərbaycana birbaşa təsiri olmur. O cəryanlar atmosfer dövranı vasitəsilə dolayı yolla Avropaya və ölkəmizə təsir göstərə bilər. Mən bu məsələyə başqa tərəfdən yanaşıram. Güman edilir ki, bu il Günəşin aktivliyi çox güclənəcək. Bu isə qışda şimaldan yayda isə cənubdan hava müdaxiləsini artıracaq. Yay fəslində cənubdan gələn hava müdaxilələri artacaq. Yayın isti olacağını fərz etmək olar, amma nə qədər olacağını demək olmaz. Bu, bir hipotezdir”.

Müsahibimiz onu da bildirib ki, orta temperaturun yüksəlməsinin qarşısını almaq üçün BMT-də bütün ölkələr öhdəlik götürüb:

“Ölkələr tərəfindən atmosferi çirkləndirən-temperaturun artmasına səbəb olan tullantı qazların azaldılması ilə bağlı öhdəlik götürülüb. Dünya ölkələri bunu azaldır. Azərbaycan da bu sənədə qol çəkib və hər il 35-40 faiz bu tullantıları azaltmağı qarşısına məqsəd qoyub, yerinə də yetirir.

Amma hava sərhəd tanımır. Ola bilsin ki, başqa bir ölkə öhdəliyi yerinə yetirmir. O zaman nəticə heç də yaxşı olmayacaq. Qarşya qoyulan əsas məqsəd ondan ibarətdir ki, yaxın illərdə dünyada orta temperturun 1,5 dərəcədən yuxarı keçməyə qoymasınlar. Azərbaycanda orta temperaturun 0,8-1 dərəcə artımı var.  Bu temperaturun hətta bir dərəcə daha artması dünyada böyük fəlakətlərə səbəb ola bilər”. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin