Britaniya səfiri Fergus Auld Azərbaycanın rayonlarında Krallığın maliyyələşdirdiyi layihələrlə tanış olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld tviter hesabında yazıb.
“Bu gün Ağcabədi və Beyləqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşüb, Böyük Britaniyanın maliyyələşdirdiyi layihələrlə tanış olacam”, - Fergus vurğulayıb.
“İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət”, - səfir əlavə edib.
Bizim.Media
Bu gün Ağcabədi və Beylaqana yola düşürəm. Bu bölgələrdə rayon başçıları ilə görüşüb,?? maliyyələşdirdiyi layihələrlə tanış olacam. İşgüzar səfərim çərçivəsində həm də səyahət etdiyim rayonlar siyahısına daha ikisi əlavə olunacaq. Necə deyərlər, həm ziyarət, həm ticarət.
— FergusAuldFCDO (@FergusAuldFCDO) January 25, 2023