İsveç Türkiyə ilə dialoqa qayıtmaq niyyətindədir

Hazırda oxunan: İsveç Türkiyə ilə dialoqa qayıtmaq niyyətindədir

116498

İsveç NATO-ya üzvlüklə bağlı Türkiyə ilə işgüzar dialoqa qayıtmağa ümid edir. 

Bizim.Media xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson deyib. 

“Yenidən işgüzar dialoqa qayıtmağı arzu edirəm. Bu prosesdə təmkinli olmağa çağırıram. İsveç, Finlandiya və Türkiyə üçtərəfli saziş imzalayıb. Hər şey yaxşı gedir. Lakin bəllidir ki, hər şeyi bəyənmirik”, - deyə o bildirib. 
Qeyd edək ki, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli formatda görüş Ankaranın tələbi ilə ləğv edilib. 

Bir neçə gün öncə Stokholmda Türkiyə səfirliyi qarşısında Quran-Kərimin yandırılması Türkiyənin haqlı narazılığına səbəb olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin