Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar rəsmi “Twitter” hesabında məlumat verib.
““Bayraktar Kızılelma” ikinci uçuş yoxlanışını uğurla başa vurdu. Hədəfləri açıq açıq olsun”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə ötən ilin avqust ayında Samsunda keçirilən “Teknofest-2022” festivalında nümayiş olunub. İlk sınaq uçuşu isə ötən il dekabrın əvvəlində olub.
Bizim.Media
Bayraktar #KIZILELMA'mız 2. Uçuş Testi’ni de başarıyla tamamladı.
— Selçuk Bayraktar (@Selcuk) January 23, 2023
Ufku açık olsun. ✈️??
Bayraktar #KIZILELMA successfully completed its 2nd flight test.
Godspeed. ✈️??#MilliTeknolojiHamlesi ??? pic.twitter.com/m97VuJrsBh