Fərid Qayıbov Britaniyalı səfirə Azərbaycanın gənclər siyasəti barədə MƏLUMAT VERDİ 

Hazırda oxunan: Fərid Qayıbov Britaniyalı səfirə Azərbaycanın gənclər siyasəti barədə MƏLUMAT VERDİ 

116276

Gənclər və idman naziri Fərid Qayıbov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auldunu qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilib.

 Məlumata görə, qonağa ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verilib.

Fərid Qayıbov Azərbaycanla Böyük Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib.  

Səfir Ferqus Auldun səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. 

Görüşdə Böyük Britaniya səfirliyinin siyasi məsələlər üzrə ataşesi Abbi Mozervel də iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin