İraqın şimalındakı Qara bölgəsində terrorçulara qarşı başladılan “Pençe Kartal-2” əməliyyatında 33 terrorçu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İraqda PKK-ya qarşı böyük əməliyyat: 3 türk hərbçisi öldü
“Əməliyyat çərçivəsində, ilk növbədə, terrorçulara aid hərbi sığınaqlar, silah-sursat anbarı, qondarma qərargah yerləri və mağaralardan ibarət 50-dən çox hədəf hava hərəkatı ilə məhv edilib.
40-dan çox təyyarənin iştirak etdiyi əməliyyatda PUA və zərbə PUA-ları ilə yanaşı, tanker və kəşfiyyat təyyarələrinə tapşırıq verilib.
Əməliyyata 40-dan çox təyyarə, o cümlədən PUA və zərbə PUA-ları cəlb edilib. Bundan başqa, kəşfiyyat təyyarələri vasitəsilə terrorçuların gizləndiyi yer müəyyənləşdirilib.
Hava hərəkatından sonra isə bölgəyə helikopter vasitəsilə quru qoşunlar yeridilib. İlk qarşıdurmada şəhid olan qəhrəman əməkdaşlarımızın qanı yerdə qalmayıb”, - məlumatda qeyd olunub.
Bizim.Media