İranda daha üç qadın jurnalist HƏBS EDİLDİ 

Hazırda oxunan: İranda daha üç qadın jurnalist HƏBS EDİLDİ 

116169

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü peşə fəaliyyətinə görə heç bir jurnalistin həbsdə olmadığını iddia etsə də, məhkəmə orqanları son 24 saat ərzində Tehranda ən azı üç qadın jurnalisti həbs ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Belə ki, yanvarın 22-də Tehranda Məlika Haşimi, Səidə Şəfii, Mehrnuş Zarei adlı üç jurnalist təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat verib.

Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın Evin zindanına köçürüldüyü bəlli olub.

Məlika Haşiminin isə yanvarın 21-də həbs olunaraq naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.

Xatırladaq ki, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Mehr" ajansının və "Şərq" qəzetinin əməkdaşlarının da adı var.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, 33 jurnalist hələ də həbsdə saxlanılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin