Ukraynada nazir müavini vəzifəsindən çıxarıldı - 400 min dollar rüşvət alıb

Hazırda oxunan: Ukraynada nazir müavini vəzifəsindən çıxarıldı - 400 min dollar rüşvət alıb

116084

Ukraynanın Nazirlər Kabineti icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini Vasili Lozinskini vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Kubrakov məlumat verib.

“Büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı mütəşəkkil cinayətkar qrupun fəaliyyəti ifşa edilib. Cinayətkar qruplaşmaya Ukraynanın icmalar, ərazilər və infrastrukturun inkişafı nazirinin müavini də daxildir", - deyə Kubrakov qeyd edib.

Nazir Vasili Lozinskinin 400 min dollar rüşvət alarkən saxlanıldığını təsdiqləyib: 

“O, bu vəsaiti avadanlıq və mexanizmlərin alınması ilə bağlı müqavilələrin bağlanmasına kömək göstərdiyi üçün alıb. Cinayət işi 2022-ci ilin sentyabrında qeydə alınıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin