Arestoviç: “Müharibədə qalib gələcəyimizə şübhə edirəm” - VİDEO

Hazırda oxunan: Arestoviç: “Müharibədə qalib gələcəyimizə şübhə edirəm” - VİDEO

116072

Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ biləcəyinə şübhə etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, jurnalist Yuri Romanenko ilə söhbəti zamanı danışıb.

Arestoviçin sözlərinə görə, Ukraynanın qələbəsinə inam yanvarın 14-dək mövcud idi, indi isə vəziyyət dəyişib.

"Əgər hamı düşünürsə ki, bizim müharibədə qalib gələcəyimizə zəmanət verilir, bu, doğru deyil. 14-dən sonra qələbəyə zəmanət verilmir" deyən Arestoviç artıq məmur olmadığını və istədiyi fikirləri ifadə edəcəyini vurğulayıb.

Eyni zamanda, o, qeyd edib ki, ukraynalılar birləşib, bir-biri ilə çəkişməsələr, asanlıqla qalib gələ bilərlər.

O, həmçinin Polşa prezidenti Anjey Dudanın tezliklə həlledici məqamın gələcəyi ilə bağlı dediklərini xatırladıb: “Bu məqamda Ukraynanın sağ qalıb-qalmaması bəlli olacaq”.

"Duda niyə belə deyib? Yoxsa hansısa məlumat əsasında danışır?", - Arestoviç deyib.

Qeyd edək ki, Dudanın sözügedən sözləri yanvarın 18-də Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı eşidilib. Daha sonra o, dünya birliyini tank da daxil olmaqla, Ukrayna Silahlı Qüvvələrinə daha çox hərbi yardım göstərməyə çağırıb və əlavə edib ki, Rusiya hələ də müharibə aparmaq iqtidarındadır və Ukraynada xeyli sayda qoşunu var.
“Bəlkə bir neçə aydan, bəlkə də həftələrdən sonra bu müharibədə növbəti həlledici məqam gələcək və biz Ukraynanın sağ qalıb-qalmaması ilə bağlı suala cavab alacağıq”, - deyə Duda bildirib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin