Bu ölkələrin XİN başçıları Ukrayna ilə bağlı Almaniyaya çağırış ETDİ

Hazırda oxunan: Bu ölkələrin XİN başçıları Ukrayna ilə bağlı Almaniyaya çağırış ETDİ

115926

Baltikyanı ölkələrin xarici işlər nazirləri Ukrayna ilə bağlı Almaniyaya çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.

"Biz - Litva, Latviya və Estoniya xarici işlər nazirləri, indi Ukraynanın "Leopard" tankları ilə təminatı üçün Almaniyaya çağırış edirik.

Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün vacibdir', Qabrielius vurğulayıb.

Litva XİN başçısı deyib ki, Avropanın aparıcı gücü kimi Almaniyanın bu məsələdə xüsusi məsuliyyəti var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin