ABŞ-ın Kiyevə hərbi yardımlarının həcmi 26,7 milyard dollara çatdı

Hazırda oxunan: ABŞ-ın Kiyevə hərbi yardımlarının həcmi 26,7 milyard dollara çatdı

115811

ABŞ Ukraynaya 2,5 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Ramşteyn aviabazasında keçirilən Ukrayna Müdafiə Təmas Qrupunun 8-ci iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.

O qeyd edib ki, bu yardım Ukraynaya ayrılmış ən böyük təhlükəsizlik yardımlarından biridir.

Pentaqon rəhbəri vurğulayıb ki, bununla da Rusiyanın fevralda Ukraynanın işğalına başlamasından sonra ABŞ-ın Kiyevə hərbi yardımlarının həcmi 26,7 milyard dollara çatıb.
Nazir qeyd edib ki, yeni hərbi yardım paketinə “NASAMS” HHM sursatları, “Avenger” HHM sistemləri kimi Ukraynanın öz şəhərlərini hava hücumlarından qorumasına yardım edəcək vasitələr daxildir.

O əlavə edib ki, paketdə Ukraynanın hazırda zəruri ehtiyac duyduğu zirehli texnikalar və döyüş maşınları da daxil edilib.

“Beləliklə, biz əlavə 59 “Bredley”, 90 “Striker”, 53 “MRAP” və 350 zirehli Hummer, eləcə də əlavə minlərlə artilleriya mərmisi tədarük edirik”, - deyə Ostin bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin