Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək Diplomatik Forumda iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı parlamentdə çıxışı zamanı danışıb.
"Mən Türkiyə Xarici İşlər Nazirliyindən Antalyada keçiriləcək Diplomatik Forumda iştirak etmək üçün dəvət almışam. Görünür, orada iştirak edəcəyəm. Bir sıra rəsmilərlə görüş və regional müzakirə gözlənilir", - deyə o, qeyd edib.
Bizim.Media