Kiyevdə qəzaya uğrayan helikopter Fransa istehsalı olub

Hazırda oxunan: Kiyevdə qəzaya uğrayan helikopter Fransa istehsalı olub

115439

Kiyev vilayətinin Brovarı qəsəbəsində qəzaya uğrayan helikopter Fransa istehsalı olan “Super Puma”dır. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat bildirib.

Bizim.Media-nın məlumatına görə, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko isə açıqlama verib ki, faciə ilə bağlı bütün mümkün versiyalar üzərində iş aparılır. Bunun təxribat, avadanlığın nasazlığı və ya uçuş təhlükəsizliyi qaydalarının pozulması olduğu araşdırılır.

"Hazırda faciə yerində müstəntiqlər və ekspertlər işləyirlər. Təcili istintaq hərəkətləri həyata keçirilir. Helikopterin qəzaya uğraması ilə bağlı bütün mümkün versiyaları nəzərdən keçiririk.

İbtidai istintaq Ukrayna Təhlükəsizlik Orqanlarının müstəntiqlərinə həvalə edilib", - deyə o qeyd edib.

Qeyd edək ki, faciə nəticəsində helikopterin göyərtəsində olan Ukraynanın daxili işlər naziri Denis Monastrski və onun birinci müavini Yevgeni Yenin də daxil olmaqla, bir neçə məsul şəxs həlak olub.

Uşaq bağçası ərazisinə düşən helikopter faciəsi nəticəsində ümumilikdə 18 nəfər həlak olub, onlardan 3-ü uşaqdır. Daha 29 nəfər, o cümlədən 15 uşaq xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin