EASA Azərbaycanda mülki aviasiyanın inkişafına kömək edəcək

Hazırda oxunan: EASA Azərbaycanda mülki aviasiyanın inkişafına kömək edəcək

115388
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna, Özbəkistan və Ermənistanın mülki aviasiyanının inkişafına kömək edəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat agentliyin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, bu məqsədlə Avropa Komissarlığı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə 5 000 000 dollar vəsait ayırıb.

Layihəyə 2016-cı ilin fevral ayında start veriləcək və növbəti dörd il ərzində fəaliyyətdə olacaq.

Layihə çərçivəsində treninqlər, mülki aviasiyanın təhlükəsizlik menecmenti və administrasiya menecmentinin inkişafı, mövcud aviasiya sazişlərinin reallaşdırılmasına dəstək, beynəlxalq təhlükəsizlik standartları və müntəzəm harmonizasiya üzrə işlər həyata keçirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin