Şarl Mişel helikopter qəzasına görə Ukraynaya başsağlığı verdi

Hazırda oxunan: Şarl Mişel helikopter qəzasına görə Ukraynaya başsağlığı verdi

115382

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Kiyevdə baş vermiş helikopter qəzası ilə bağlı Ukraynaya başsağlığı verib.

Bizim.Media xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Ş.Mişel bildirib ki, həlak olan daxili işlər naziri Denis Monastırski Aİ-nin dostu idi:

“Biz Ukraynanın kədərini bölüşürük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, qəza nəticəsində 19 nəfər ölüb, 29 nəfər yaralanıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin