Ukraynanın daxili işlər naziri və dövlət katibi helikopter QƏZASINDA ÖLDÜ - VİDEO

Hazırda oxunan: Ukraynanın daxili işlər naziri və dövlət katibi helikopter QƏZASINDA ÖLDÜ - VİDEO

115369

Ukraynanın daxili işlər naziri Denis Monastırski bu gün Kiyev vilayətinin Brovarı qəsəbəsində baş verən helikopter qəzasında həlak olub.

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, qəzada həyatını itirənlər arasında nazirin birinci müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də olub.

Milli Polis İdarəsinin rəhbəri İqor Klimenko açıqlamasında bildirib ki, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan 2-si uşaqdır. Ölənlərin 9-u helikopterin göyərtəsində olub. 

O əlavə edib ki, 22 yaralı xəstəxanadadır, onlardan 10-u uşaqdır.

Qəza yerinə baxış davam edir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin