Sovet kinosunun əfsanəvi ulduzu Vaxtanq Kikabidze ilə vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, sənətkarla anım mərasimi Tbilisinin mərkəzində yerləşən “Kaşvetski Georgi” kilsəsində baş tutur.
Kikabidze ilə vidalaşmaq üçün yüzlərlə insan kilsəyə axın edib. Bildirilib ki, iki gün davam edən vida mərasimi yanvarın 18-də başa çatacaq.
Diqqət çəkən məqam isə, tabutun üzərində Gürcüstanın dövlət bayrağı ilə yanaşı, həm də hər zaman dəstəklədiyi Ukraynanın dövlət bayrağının olması olub.
Qeyd edək ki, Vaxtanq Kikabidze yanvarın 19-da Tbilisidəki “Veriyski” qəbiristanlığında anasının yanında torpağa tapşırılacaq.
Rəşad Əliyev, Bizim.Media