ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha 5 ay uzadıb

Hazırda oxunan: ARDNF Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi depozitin müddətini daha 5 ay uzadıb

115357

Dövlət Neft Fondu (ARDNF) ötən il Türkiyə Mərkəzi Bankında yerləşdirdiyi 1 milyard avro depozitin müddətini daha 5 ay uzadıb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə Fonddan bildirilib.

"ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində depozitin müddətinin sabit gəlirli qiymətli kağızlar bazarının yaxın gələcək üçün mümkün perspektivi də nəzərə alınaraq daha 5 ay müddətinə uzadılmasına qərar verilib", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, sözügedən depozit ötən ilin yanvar ayında 6 ay müddətinə yerləşdirilmişdi, iyulda isə onun müddəti ilin sonuna qədər (5 ay) uzadılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin