Venera ilə Saturn “birləşəcək”

Hazırda oxunan: Venera ilə Saturn “birləşəcək”

115199

Yanvar ayının 22-də Günəş batdıqdan sonra Venera ilə Saturn planetlərinin “birləşmə”sini izləmək mümkün olacaq. Belə ki, bu iki Günəş sistemi planeti qeyd olunan tarixdə bir-birinə çox yaxın məsafədən (~0.34⁰) keçəcək.

Bizim.Media N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata istinadən xəbər verir ki, planetlərin birləşməsi Bakı vaxtı ilə (GMT+04) saat 18:03-dən etibarən üfüqdən 14⁰ hündürlükdə cənub-qərbdə müşahidə olunacaq və saat 19:35-dək müşahidə etmək mümkün olacaq:

“Hal-hazırda planetlər oğlaq bürcündədirlər və yanvarın 22-ə qədər bir-birinə yaxınlaşacaqlar. Yanvarın 23-də isə gecə səmasında Venera ilə Saturna təzə Ay da qoşulacaq”.

Məlumatda qeyd olunub ki, Venera səmada Günəş və Aydan sonra 3-cü parlaq obyektdir, Saturn parlaqlığına görə Veneradan zəif olsa da, hər iki planeti adi gözlə belə müşahidə etmək mümkün olacaq. Daha keyfiyyətli müşahidə üçün isə kiçik teleskoplar və binokllardan istifadə etmək olar.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin