“Beynəlxalq ictimaiyyətin dəstəyi və danışıqlar yolu ilə Cənubi Qafqazda hərtərəfli sabitliyə və sülhə nail olmaq çox vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyanla görüşdən sonra feysbukda yazıb.
O, Azərbaycanla Ermənistan arasında mövcud gərginliyin danışıqlar masası arxasında həll olunacağına ümid etdiklərini vurğulayıb:
“Estoniyanın dinc və sabit görmək istədiyi Cənubi Qafqaz regionu Ermənistanın uğurlu və firavan gələcəyi üçün zəruri ilkin şərtdir”.
Qeyd edək ki, yanvarın 16-da Ermənistan prezidenti Vaaqn Xaçaturyan Estoniyada səfərdə olub. Səfər zamanı o, Estoniya Prezidenti Alar Karislə görüşüb.
Bizim.Media