Hulusi Akar: “Türkiyə NATO-nun açıq qapı siyasətini tam dəstəkləyir”

Hazırda oxunan: Hulusi Akar: “Türkiyə NATO-nun açıq qapı siyasətini tam dəstəkləyir”

115111

“Biz İsveç və Finlandiyanın işlərini tamamlayıb problemi həll etmələrini gözləyirik”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar yanvarın 16-da Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində deyib. 

Akar İsveç və Finlandiyanın NATO-ya qoşulması prosesini ləngitməsi ilə bağlı tənqidlərə cavab verərək deyib:

“Bu, narahatlığa səbəb Türkiyə deyil. Biz Alyansın özünü təsdiqləmiş üzvüyük. Bu, artıq sübut olunub, müttəfiqlərə qarşı heç vaxt hərəkət etməyəcəyik” 

H.Akar NATO-nun açıq qapı siyasətini tam dəstəklədiklərini söyləyib:

"Biz namizəd ölkələrin Alyansa üzv olmaq istəyinə hörmət etdiyimiz kimi, onlar da Türkiyənin təhlükəsizlik maraqlarına hörmət etməlidirlər. Biz bu problemin həllini istəyirik, bundan artıq heç nə edə bilmərik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin