İrandakı etirazlarda bu günədək 524 nəfər həlak olub

Hazırda oxunan: İrandakı etirazlarda bu günədək 524 nəfər həlak olub

114983

İranda keçirilən ümumxalq etirazlarda bu günədək 524 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə İrandakı Hüquq Müdafiəçiləri Təşkilatı məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 71-i yaşları 18-dən az olan şəxslərdir.

Qeyd edilib ki, ötən ilin sentyabrın 17-dən aparılan hesablamaya görə, 19.401 nəfər həbs olunub. Onlardan 4.973 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 713 nəfər öyrəncidir. Etirazlara 144 universitetin tələbələri qoşulub.
Məlumata görə, ölkənin 164 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda 4 aydır ki, 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin