İranda bir gündə 5 nəfər edam edilib

Hazırda oxunan: İranda bir gündə 5 nəfər edam edilib

114977

Ərak şəhər mərkəzi həbsxanasında 5 məhbusun edam hökmü bir gündə icra edilib. 

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, həmin beş məhbus əvvəllər “narkotik”lə bağlı ittihamlarla edam cəzasına məhkum edilib.

Qeyd edək ki, ötən aylarda İranda edamların sayı artıb və İran zindanlarında İslam Respublikasının ölüm maşını medianın səssiz qaldığı bir vaxtda can almağa davam edir. 

Ümummilli qiyamın etirazçılarına ağır həbs cəzaları, qəddar və qeyri-insani ölüm hökmləri çıxarılıb icra olunduğu bu günlərdə hakimiyyətin ölüm maşını da dayanmadan gizli şəkildə “fəaliyyətinə” davam edir.
Belə ki, yanvarın 14-ü, cümə axşamı Ərak mərkəzi zindanında "narkotik maddələr" ittihamı ilə edama məhkum edilən beş məhbusun hökmləri icra olunub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin