Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbərinin müşaviri Natalya Babçenko məlumat verib.
O, qeyd edib ki, dağıntılar altında 30-40 nəfər ola bilər. Eyni zamanda, 75 mülki şəxs artıq xəstəxanalara müraciət edib. Xilasetmə işləri davam edir.
Babçenko, həmçinin əlavə edib ki, 13 sakin ağır vəziyyətdə xəstəxanalardadır, onlardan biri doqquz yaşlı qızdır - ruslar raket zərbəsi endirən zaman o, evin yaxınlığında gəzirmiş.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:20 / 15.01.2023
Dneprdə raket zərbəsindən ölənlərin sayı 30-a çatdı
Hazırda oxunan: Dneprdə raket zərbəsindən ölənlərin sayı 30-a çatdı
Hazırda oxunan: Dneprdə raket zərbəsindən ölənlərin sayı 30-a çatdı
114923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.