Obamadan Ərdoğana xəbərdarlıq: Qoşunları çıxardın

Hazırda oxunan: Obamadan Ərdoğana xəbərdarlıq: Qoşunları çıxardın

114909
ABŞ prezidenti Barak Obama hesab edir ki, Bağdadın razılığı olmadan ölkənin şimalında yerləşdirilən Türkiyə qoşunları İraqın ərazisindən çıxarılmalıdır.

AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb. 

Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığında bildirib. 

Bundan başqa, tərəflər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

Qeyd edək ki, Obama dekabrın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırıb. 

Türkiyənin baş naziri Əhməd Davudoğlunun isə Bağdadın ölkənin üçdə bir hissəsinə nəzarəti itirdiyini xatırladıb. Nazir İraq hakimiyyətini İŞİD-ə qarşı güc tətbiq etməyə çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin