Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri koronavirusun Çində yayılmağının rəsmi elan edildiyi 2019-cu ilin dekabrından əvvəl başlaya biləcəyini etiraf edirlər.
Bizim.Media “Wall Street Journal”a istinadla xəbər veri ki, mütəxəssislərin fikrincə, təxminən 90 nəfər oxşar simptomlarla iki ay əvvəl Çinin mərkəzi hissəsindəki xəstəxanaya yerləşdirilib. Çinli həkimlər bu xəstələrin üçdə ikisində antitel test etdiklərini, ancaq infeksiya izi tapmadığlarını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusu bir dəqiqəyə məhv edən sprey hazırlandı
ÜST-ün ölkəyə səfər edən ekspertləri isə hesab edirlər ki, antitel tərkibinin aşkarlana bilməyəcəyi səviyyəyə enə bilərlər.
Onlar Hubey əyalətində 2019-cu ilin payızında toplanan qan nümunələrinin daha geniş analiz edilməsini vacib sayıblar.
Qeyd edək ki, daha öncə ÜST laboratoriya hadisəsi səbəbiylə koronavirus infeksiyasının meydana gəlməsi fərziyyəsini mümkünsüz adlandırmışdı.
Bizim.Media