Əslində bu planetlərin paradı deyil. Sadəcə planetlərin göydə görüntüsü paradı xatırladacaq. Planetlər ardıcıl olaraq düzüləcək.xa0
Oxu.Az xəbər verir ki, bu barədə “Avto FM”x9d-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.xa0
“Planetlərin paradı xatırladan görüntüsü ən yaxşı yanvarın 29-dan sonra görünəcək.Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri yanvarın 29-da, səhər saat 7 radələrində parad şəklində düzüləcək. Ayın 30 və 31-də də eyni ardıcılıq davam edəcək”x9d, - deyə rəsədxanadan bildirilib.xa0
Həmçinin Şamaxı Astrofizika Rəsədxanasından qeyd ediblər ki, yaranacaq bu vəziyyət əhalini narahat etməməlidir, sadəcə planetlərin göy üzündə düzülüşünə baxıb zövq almaq lazımdır.xa0

































































































