Ukraynanın bir sıra ərazisi işıqsız qaldı

Hazırda oxunan: Ukraynanın bir sıra ərazisi işıqsız qaldı

114803

“Yaxın günlər Ukrayna üçün çox çətin keçəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

Ölkənin energetika naziri German Qaluşenko bildirib ki, raket hücumu nəticəsində Xarkov, Lvov, İvano-Frankivsk, Zaporojya, Vinnitsa və Kiyev vilayətlərinin enerji infrastrukturuna ciddi ziyan dəyib.
Qeyd edilib ki, raket zərbəsi nəticəsində əksər bölgələrdə fövqəladə vəziyyət elan olunub və təhlükəsizlik tədbirləri çərçivəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.

Xatırladaq ki, bu gün axşam saatlarından etibarən Rusiya Ordusu Ukraynanın bir sıra ərazilərinə genişmiqyaslı raket hücumu edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin