Qalaktikamızın xarici sərhədlərini axtararkən astronomlar 208 ulduz kəşf ediblər. Onlardan ən uzaqda yerləşəni bir milyondan çox işıq ili uzaqlığındadır.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, kəşf edilən ulduzların bəziləri maraqlı xüsusiyyətə malikdir. Məsələn, dəyişən ulduzlar kimi tanınan Santa Cruz Kaliforniya Universitetinin alimləri tərəfindən kəşf edilən ulduzların parlaqlığı Yerdən baxanda dəyişə bilir.
Bu ulduzlar pulsasiya kimi görünür. Bu da bir növ mayak rolunu oynayır. Bunun vasitəsilə onların nə qədər uzaq olduğunu müəyyən etmək olur.
Bu həftə Sietldə Amerika Astronomiya Cəmiyyətinin iclasında işin nəticələrini təqdim etməyi planlaşdıran tədqiqat rəhbəri Yuting Feng deyib ki, "biz dəyişən ulduzlardan məsafələri müəyyən etmək üçün etibarlı göstəricilər kimi istifadə edə bildik".
Qeyd olunub ki, Saman Yolu (Ağ İşıq Yolu, Süd Yolu, Kəhkəşan) bir neçə hissədən ibarətdir, onların əsas hissəsi diametri təxminən 100.000 işıq ili olan nazik spiral diskdir. Günəş sistemimiz bu diskin qollarından birində yerləşir. Diskin ətrafında qalaktikamızın ən qədim ulduzlarından bəzilərini ehtiva edən daxili və xarici halolar var.
Halbuki, keçmişdə tədqiqatçılar qalaktikamızın xarici halosunun kənarının onun mərkəzindən təxminən 1 milyon işıq ili uzaqda olduğuna inanırdılar. Bununla belə, yeni araşdırma Saman Yolunun xarici kənarının gözləniləndən 40.000 işıq ili uzaqda - qalaktikanın mərkəzindən təxminən 1,04 milyon işıq ili uzaqda olduğunu müəyyən edib. Beləcə, Andromeda qalaktikasına olan məsafə əvvəllər düşünüldüyündən də yaxındır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
18:00 / 14.01.2023
Ağ İşıq Yolunun SON UZUNLUĞU – Astronomlar yeni məsafəni müəyyən etdilər
Hazırda oxunan: Ağ İşıq Yolunun SON UZUNLUĞU – Astronomlar yeni məsafəni müəyyən etdilər
Hazırda oxunan: Ağ İşıq Yolunun SON UZUNLUĞU – Astronomlar yeni məsafəni müəyyən etdilər
114738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.