İranın dini rəhbəri Əli Xamenei yanvarın 12-də etdiyi çıxışda etiraz aksiyalarının düşmən fitnəsi olduğunu iddia edib. O, etirazların qətiyyətlə yatırılacağını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.
Bildirilir ki, ölkə iqtisadiyyatında problemlərin olduğuna etiraf edən Xamenei bunu və aksiyaların keçirilməsini növbəti dəfə xarici düşmənlərin işi olduğunu və ölkədə mövcud olan problemlərdən su-istifadə etməyə çalışdıqlarını iddia edib:
"Düşmənlər tərəfindən yaxşı işlənmiş hərtərəfli plan həyata keçirildi, ancaq bu etirazlar və gələcəkdə keçiriləcək etirazlar qarşısında təslim olmayacağıq".
O, etirazların xarici dövlətlərin kəşfiyyat orqanları və onların daxildəki agentlətinin planlı fəaliyyəti olduğu barədə öncəki iddialarını yenidən təkrar edib.
Xamenei rejim mənsubları və tərəfdarlarına təsəlli verməyə çalışıb və bundan öncə olduğu kimi hazırkı vəziyyətdən də çıxacaqlarını söyləyərək, onları arxayınlaşdırmağa çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:52 / 13.01.2023
Xamenei növbəti dəfə etirazçıları HƏDƏLƏDİ
Hazırda oxunan: Xamenei növbəti dəfə etirazçıları HƏDƏLƏDİ
Hazırda oxunan: Xamenei növbəti dəfə etirazçıları HƏDƏLƏDİ
114637
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.