Ombudsman Ukraynalı həmkarından Misir Qasımlı və Sübhan Quliyevlə bağlı XAHİŞ ETDİ  

Hazırda oxunan: Ombudsman Ukraynalı həmkarından Misir Qasımlı və Sübhan Quliyevlə bağlı XAHİŞ ETDİ  

114463

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin paytaxtı Ankarada Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. 

S.Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib. 

Hər iki Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. 

Qeyd edilməlidir ki, Ukrayna Ombudsmanı konfrans zamanı verdiyi müsahibəsində ukraynalılara humanitar yardımını əsirgəməyən Azərbaycan Respublikasına təşəkkür edib və bu məsələdə Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın mühüm rol oynadığını diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin