Avropa İttifaqı Belarus və İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin sözçüsü Peter Stano bildirib.
"Biz Rusiyaya qeyri-qanuni müharibədə kömək edən və dəstəkləyənlərə qarşı sanksiyaları davam etdirəcəyik. Təkcə Belarus deyil, İran da həmin siyahıda olacaq”, - deyə Stano qeyd edib.
Qeyd edək ki, hazırda Aİ-nin Belarusa qarşı iki sanksiya paketi var. Onlardan biri Belarus hökumətinin müxalifətə təzyiq göstərdiyi və 2020-ci ilin avqustunda keçirilən seçkiləri saxtalaşdırdığı əsası ilə tətbiq edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:09 / 12.01.2023
Aİ Belarusla İrana SANKSİYALARI GENİŞLƏNDİRİR
Hazırda oxunan: Aİ Belarusla İrana SANKSİYALARI GENİŞLƏNDİRİR
Hazırda oxunan: Aİ Belarusla İrana SANKSİYALARI GENİŞLƏNDİRİR
114451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.