“Azərbaycan Rusiyadan qərar verməsini tələb etməlidir...”x9d

Hazırda oxunan: “Azərbaycan Rusiyadan qərar verməsini tələb etməlidir...”x9d

114333
Rusiya - ABŞ münasibətləri gərginləşdikcə bu dalğa tutduqları siyasi mövqedən asılı olaraq,  mütləq sürətdə postsovet dövlətlərinə də yansıyacaq”x9d. 

Bunu tanınmış səfir, insan hüquqlarının müdafiəsi üzrə komissar, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun  Qüds üzrə rəhbəri, ictimai və siyasi xadim Aleksandr Şapiro Suliman Amerika - Azərbaycan münasibətlərinə mövqe bildirərkən deyib. 

Onun sözlərinə görə, hər bir dövlətə  həmlə etmək üçün müəyyən yollar var: “Yəni, hər bir dövlətin zəif siyasi yönü, ona olunan və ya olunacaq təzyiqin həcmi ilə ölçülür. Azərbaycanda ciddi hüquq pozuntularını müşahidə etməmişəm. Amma bu o demək deyil ki, Azərbaycanda heç kəsin hüququ tapdanmır. ABŞ isə bundan istifadə edərək,  siyasi arenada  Rusiya ilə hərbi, mədəni, ticari və iqtisadi əlaqələrini dayandırmayan Azərbaycana qarşı fürsəti sadəcə əldən vermir. Əslində ABŞ-ın Azərbaycana qarşı bu cür münasibəti Rusiyanı Ermənistan və Azərbaycan arasında seçim etməyə məcbur edir. Bu isə ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olacağına dəlalət edir. Hesab edirəm ki,  Azərbaycan Amerika ilə münasibətlərdə mövcud durumdan istifadə edərək, Rusiyadan qərar verməsini tələb etməlidir. Həmin qərara uyğun olaraq, isə gələcək siyasi addımlarını və siyasi mövqeyini hesablamalıdır. Eyni zamanda Azərbaycan daxili siyasi xəttində  bütün, bir az əvvəl qeyd etdiyim zəif siyasi yönlərindəki nöqsanları aradan qaldırmalıdır. Bu ilk növbədə bir dövlətin özünə, ikinci növbədə isə xarici qüvvələrin həmlələrinə görə mütləqdir”x9d.

Aleksandr Şapiro Suliman daha sonra Azərbaycan xalqını yeni il münasibəti ilə təbrik etməyi  də unutmadı: “Əziz dostlar, bu günə kimi tale məni kiminlə rastlaşdırıbsa, xoşbəxtlikdən kiminlə görüşmüsəmsə, kiminlə münasibət qurmuşamsa, mən kimə dəstək vermişəmsə, kimi sevindirmişəmsə, kimin xətrinə dəymişəmsə və kimə zamanında yardım etməyi unutmuşamsa, hamını yeni il münasibəti ilə təbrik edirəm! Ötən il mənim üçün müxtəlif təəsüratlarla yadda qaldı. Bəlkə də ötən il həyatıma ən anlaşılmaz və çətin bir il kimi yazıldı. Mən çox istərdim ki, həmin il mənim yaddaşımda elə o cür də qalsın. Ümid edirəm ki, bir çoxları üçün ötən il daha uğurlu olub. Lakin mən hər kəsə yeni ilin ötən illə müqayisədə  daha uğurlu və daha maraqlı olmasını arzu edirəm!  Ã–tən il Avropa ilə Azərbaycan arasındakı münasibətlər baxımından da, o qədər də sadə olmadı. Bakıya təzyiq etmək məqsədi ilə Qərb parlamentariləri Azərbaycan rəhbərliyini insan hüquqlarının tapdanması baxımından tənqid edərək, geniş kampaniya başlatmışdılar. Lakin Azərbaycan üçün 2015 - ci ildə dünya səviyyəsində keçirilən, eyni zamanda daxili və beynəlxalq münasibətlərə böyük təsir edən Avropa Oyunları ilə yadda qaldı.  Bu möhtəşəm idman oyunları Azərbaycanı dünya ictimaiyyətinə daha fərqli formada tanıtdı. Azərbaycan da, öz növbəsində oyunları yüksək səviyyədə keçirməyi bacardı. Avropa Oyunları Azərbaycanın dövlət hüdudlarından kənardakı imicini, Azərbaycan xalqının iradəsini və gücünü  nümayiş etdirmiş oldu. Bir sözlə, Avropa Oyunları hər sahəyə, o cümlədən də beynəlxalq əlaqələrə müsbət təsir bağışladı. Ona görə də, 2015 - ci ildə keçirilən Avropa Oyunlarını ilin əsas hadisəsi hesab etmək olar”x9d.(VoicePress.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin