Los-Ancelesdə “Qremmi”x9d mükafatının 9 qat qalibi Natali Koul dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Associated Press nəşri xəbər verir.
Məşhur caz ifaçısı Net Kinqin qızı 65 yaşlı Natali Koul dekabrın 31-də vəfat edib. Onun ölümünün səbəbləri açıqlanmır.
Məlumdur ki, müğənni uzun müddət narkotik asılılıqla mübarizə aparırdı.
Natali Koulun ümumilikdə 13 albomu işıq üzü görüb.
Onun atası Net Kinq 1940-cı illərin ortalarında şöhrət qazanıb. O ABŞ-da böyük populyarlıq qazanan ilk qaradərili müsiqiçilərdən biri olub.
































































































