Ərdoğan: “Xain Dəmirtaş cavabını alacaq”x9d

Hazırda oxunan: Ərdoğan: “Xain Dəmirtaş cavabını alacaq”x9d

113739
Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş Moskva səfərindən sonra rus rəsmilərinin qulağına pıçıldadığı muxtariyyət planını ortaya atdı.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı səfəri öncəsi hava limanında jurnalistlərə deyib.
 
O, Dəmirtaşın “Türkiyənin cənub-şərqində Kürdüstan qurulacaq”x9d sözlərinə sərt reaksiya verib:
 
“PKK-nın siyasi əlaltıları artıq öz niyyətlərini etiraf etməyə başlayıb. Dəmirdaş Rusiya səfərindən sonra muxtariyyət fikrini ortaya atdı. Dəmirdaşın muxtariyyət bəyanatı xəyanətdir, təxribatdır. Hansı əsasla Türkiyənin unitar quruluşunu dəyişdirmək, ölkənin cənub-şərqində muxtariyyət qurmaq istəyirsən? Türkiyədən istifadə etməklə öz niyyətlərini həyata keçirmək istəyənlər layiqli cavablarını alacaqlar. Özlərini gözləyən aqibətdən xilas ola bilməyəcəklər. Artıq Dəmirdaş barəsində cinayət işi açılıb. Bu xəyanətkar dəstə həm hüquqdan, həm də millətdən lazım olan cavabı alacaq”x9d.
 
Qeyd edək ki, Dəmirtaş bir neçə gün öncə Demokratik Cəmiyyət Konqresinin iclasında çıxışı zamanı Türkiyənin cənub-şərqində Kürdüstan muxtariyyətinin qurulacağını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin