Kubaya casusluq edən Pentaqonun agenti azadlığa çıxdı - 20 İLDƏN SONRA

Hazırda oxunan: Kubaya casusluq edən Pentaqonun agenti azadlığa çıxdı - 20 İLDƏN SONRA

113689

ABŞ-da 20 ildən çox həbsdə saxlandıqdan sonra azadlığa çıxan Ana Montes soyuq müharibənin ən məşhur casuslarından biri sayılır. Hazırda 65 yaşında olan Montes Pentaqonun Kəşfiyyat İdarəsində təhlilçi vəzifəsində işləyib və Kuba üçün casusluq edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BBC telekanalı yayıb.

Mənbə yazır ki, o, 2001-ci ildə həbs olunub. 

Amerika rəsmilərinin bildirdiyinə görə, Montes ABŞ-ın Kubadakı kəşfiyyat əməliyyatlarının demək olar ki, hamısı barədə Kuba kəşfiyyatını məlumatlandırıb və ABŞ-a böyük ziyan vurub.

Soyuq müharibə dövrünün bir çox digər məşhur casuslarından fərqli olaraq, Ana Montes bu yolu şəxsi maddi maraqları naminə deyil, ideoloji baxışlarına görə seçib.

O, Ronald Reyqan Administrasiyasının Latın Amerikasında yürütdüyü siyasəti bəyənməyib və bu səbəbdən Kuba kəşfiyyatı ilə əməkdaşlıq etmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin