Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov” atanlardan XƏBƏR VAR: PKK terror təşkilatının üzvləridir 

Hazırda oxunan: Türkiyənin Fransadakı Baş Konsulluğuna “Molotov” atanlardan XƏBƏR VAR: PKK terror təşkilatının üzvləridir 

113568

Xəbər verdiyimiz kimi yanvarın 5-dən 6-na keçən gecə naməlum şəxslər Fransanın Marsel şəhərindəki Türkiyənin səfirliyinə hücum edib və “Molotov kokteyli” atıblar.  

Bizim.Media “BFM TV”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan ikisini saxlamağa müvəffəq olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Fransada Türkiyənin Baş Konsulluğuna hücumla əlaqədar 2 nəfər saxlanılıb


Belə ki, onlardan biri hadisə yerində, digəri isə Kastellan meydanında saxlanılıb. Digər iki şəxsin axtarışları davam etdirilir. 

Saxlanılanların PKK terror təşkilatının tərəfdarları olduğu məlum olub.  

Faktla bağlı cinayət işi açılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin