Ukrayna hökuməti ölkənin hərbi qulluqçulara və onların ailə üzvlərinə sosial-hüquqi təminatlar haqqında MDB ölkələrinin sazişinin protokolundan çıxması barədə qərarı təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Melniçuk bildirib ki, sənəd SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, sonra isə MDB ölkələrinin ordusunda xidmətə keçirilmiş vətəndaşlar üçün sosial təminat və güzəştləri müəyyən edir.
Protokol hərbi qulluqçuların daimi yaşamaq üçün bir MDB ölkəsindən digərinə köçməsi halında sosial təminatların verilməsini, müavinət və kompensasiyaların bölüşdürülməsini nəzərdə tutur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:38 / 06.01.2023
Ukrayna MDB-nin sazişindən ÇIXDI
Hazırda oxunan: Ukrayna MDB-nin sazişindən ÇIXDI
Hazırda oxunan: Ukrayna MDB-nin sazişindən ÇIXDI
113424
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.